Dünya

Səudiyyə kralı Putinlə jurnalistin qətlini müzakirə etdi

Səudiyyə kralı Putinlə jurnalistin qətlini müzakirə etdi
 
 
 
 
 
 
 

Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

 Telefon danışığı Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, liderlər ikitərəfli əməkdaşlığın çoxsahəli inkişaf planlarını, Suriya və Yaxın Şərqdə davam edən münaqişələri, o cümlədən öldürülən jurnalist Camal Xaşogi olayını müzakirə ediblər.

Danışığın sonunda kral Vladimir Putini ölkəsində görmək arzusunda olduğunu vurğulayıb. Qarşı tərəf isə səfərin vaxtının müəyyənləşdiriləcəyini deyib.

Bu arada məlum olub ki, jurnalist Camal Xaşoginin qətlə yetirilməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda çalışan 38 nəfər şahid qismində dindirilib.

"Anadolu" xəbər verir ki, ifadəsi alınan şəxslər mühasibat və texniki sahələrin əməkdaşlarıdır. Beş nəfər isə ifadə verməyə gəlməyib.

Son məlumata görə, oktyabrın 25-də günorta saatlarında Baş konsulluğun binasına iki nəfər mülki geyimli şəxs daxil olub.

Diplomatik nümayəndəliyin qarşısındakı KİV nümayəndələri həmin adamların şəxsiyyəti barədə aidiyyəti qaydada sorğu ünvanlayıblar./Virtualaz.org