Gündəm

Səudiyyə Ərəbistanından daha bir etiraf

Səudiyyə Ərəbistanından daha bir etiraf
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səudiyyə Ərəbistanı səlahiyyətliləri Camal Qaşıqçının itkin düşməsini gizlətmək üçün dublyordan istifadə edildiyini etiraf edib. 

Bu barədə Associated Press məlumat yayıb. Associated Press Səudiyyə Ərəbistandakı mənbələrlə söhbət edərək, Camal Qaşıkçının paltarlarından və eynəyindən istifadə edilərək jurnalistin itkin düşməsini gizlətməyə çalışmaq cəhdini təsdiqlədib.

Agentliyə danışan iki yüksək səviyyəli Səudiyyə rəsmisi deyib ki, dublyordan istifadə edilməkdə məqsəd guya "İstanbuldakı Baş konsulluqdan Camal Kaşıkçının çıxarılması və onu təhlükəsiz bir yerdə dindirilməsi" görüntüsünü yaratmaq olub./Xezerxeber.az