Dünya

Cəllad Qaşıqçını musiqi dinləyərək doğrayıb: konsulluqdakı qətlin mübhəmləri açılır...

Cəllad Qaşıqçını musiqi dinləyərək doğrayıb: konsulluqdakı qətlin mübhəmləri açılır...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Türkiyəni polis rəsmiləri bir neçə gündür sosial şəbəkələrdə tirajlanan və Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda "yoxa çıxan” müxalif jurnalist, "The Washington Post” qəzetinin yazarı Camal Xaşogiyə (yaxud Camal Kaşıkçı) aid olduğu bildirilən cəsəd parçalarının fotoşəkillərinin "həqiqəti əks etdirmədiyini” bildirir.

Cahan.info-nun məlumatına görə, həmin görüntüləri İŞİD terror təşkilatının daha əvvəl sosial şəbəkələrdə yayıb. Ehtimal ki, cəsəd parçaları İŞİD-in vəhşicəsinə qətlə yetirdiyi qurbanlardan birinə aiddir.

Qərb və Türkiyə KİV-lərinin adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən günlərdir yaydıqları xəbərlərə görə, Camal Xaşogi Səudiyyə Ərəbistanından xüsusi olaraq göndərilmiş cəllad qrupu tərəfindən işgəncə ilə öldürülüb, daha sonra cəsədi elektrik mişarı ilə doğranıb. Cəsəd parçalarının diplomatik nömrə nişanlı maşınla konsulluqdan çıxarılıb naməlum istiqamətə aparıldığı təxmin edilir.

Bu arada "The New York Times” qəzetinə açıqlama verən, yenə də adının açıqlanmamasını istəyən türkiyəli rəsmilər Xaşoginin öldürülməsinin detallarına dair "Yeni Şafak” qəzetində dərc edilmiş detalları təsdiqləyiblər. 

Mənbələr bildiriblər ki, Camal Xaşogi konsulluğun binasına daxil olan kimi onu konsul Muhammet əl-Üteybinin otağına aparıblar. Otaqda Səudiyyə Ərəbistanından gələn cəlladlar artıq Xaşogini gözləyirdi. Jurnalist otağa girən kimi onu konsul özü döyməyə, işgəncə verməyə başlayıb. "Barmaqlarını belə kəsib”-mənbə deyib.

Amma mənbələr Xaşoginin barmaqlarının öldürüləndən sonra, yoxsa əvvəl kəsildiyini dəqiqləşdirməyiblər. Bununla belə jurnalistin öldürülməsinə dair Türkiyə tərəfinin əlində olan səs yazısında konsulun jurnalisti öldürən cəlladlara "bunu kənarda edin, başıma bəla açacaqsınız” dediyi təsdiqlənir.

Cəlladlardan biri isə "əgər Ərəbistana qayıdanda yaşamaq istəyirsənsə səsini kəs” deyib.

Cahan.info-nun məlumatına görə, Türkiyəli rəsmi təsdiq edib ki, jurnalistin başını kəsərək öldürüblər və bu işi görən patoloji anatomiya mütəxəssisi olub. O, jurnalisti doğrayarkən otaqdakılara musiqi dinləməyi tövsiyə edib. "Mən bu cür işləri görərkən gərginliyimi azaltsın deyə musiqi dinləyirəm”-həmin cəllad deyib.

"The Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanından göndərilən cəllad qrupunda yer alanlardan birinin-vəliəhd şahzadə Muhammed bin Salmanın yaxın adamı, dəfələrlə onu xarici səfərlərdə müşaiyət edən Maher Əbdüləziz Mutrebin görüntülərini yaymışdı. Həmin görüntülərə əsasən Mutreb dəfələrlə vəliəhdi xarici səfərlərdə müşaiyət edib, təyyarədən onunla birlikdə düşüb.

Səudiyyə Ərəbistanı ilə münasibətləri saxlamaq üçün ABŞ dövlət katibi Mayk Pompeonun yalnız gülümsəməsi tənqid olunmur. 

O, jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsinə dair Səudiyyə təhqiqatına etibar etdiyini bildirib və əlavə edib ki, administrasiya ABŞ-Səudiyyə əlaqələrinin zərər görməsini istəmir.

Daha sonra Pompeo jurnalistlərlə söhbətində bildirib: "Bu barədə çox söhbətlərimiz olub, prezident Tramp da məsələyə ciddi yanaşır”. Türk səlahiyyətliləri ilə görüşlərdən sonra Pompeo deyib: "ABŞ-ın verəcəyi cavablara gəldikdə, bunun üçün əvvəlcə faktları bilməliyik”.

"Bizim çox mühüm münasibətlərimiz var, o cümlədən ABŞ və Səudiyyə şirkətləri arasında maliyyə münasibətləri, hökumət münasibətləri. 
Birləşmiş Ştatlar üçün riskləri azaltmaq naminə səylər dünyanın ən böyük terror sponsoru olan İrana qarşı yönəlib. Səudiyyə Ərəbistanı bu məsələlərdə böyük tərəfdaşlardan biridir”.

Pompeo Riyadda Səudiyyə Ərəbistanı kralı Salman və şahzadə Məhəmməd bin Salmanla (MBS) "dostyana” görüşlər keçirib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təxminən 40 dəqiqəlik təmasda olub. 

Sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ünsiyyətə girib. Nə Pompeo, nə də türk tərəfdaşları görüşlərdən sonra jurnalistlərə açıqlama verməyib və Pompeonun təyyarəsi Ankaraya enişdən üç saat sonra yenidən havaya qalxıb.

Dövlət katibinin Türkiyədən ayrılmasından bir neçə saat sonra "New York Times” anonim türk səlahiyyətlisi və hökumətyönlü "Yeni Şafak” qəzetinə istinadən, Xaşuqcinin oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğunda işgəncə ilə öldürüldüyü iddia edilən bir səs yazısını dərc edib.

Pompeo Brüsseldə jurnalistlərlə söhbət edərkən, səs yazısı ilə bağlı şərh verməkdən imtina edib. ABŞ prezidenti Donald Tramp səs yazının Türkiyədən istənildiyini deyib: "Bəli, biz bunu istəmişik… varsa… Həftənin sonuna qədər ehtimal olunanları biləcəyik”.

"Washington Post”-un köşə yazarı David İqnatius MBS-in müttəfiqi, Səudiyyə kəşfiyyat şefinin müavini general Əhməd əl-Asirin Xaşuqcinin qətlində iştirakını iddia edib. Əl-Asir Yəməndə koalisiya təmsilçisi olub və onun indiki vəzifəyə irəli çəkilməsi şahzadə tərəfindən dəstəklənib. 

Milli Təhlükəsizlik Şurası və CIA-nın sabiq zabiti Bryus Ridel bildirib ki, "administrasiya İstanbul siyasətçiləri tərəfindən təhdid edilən İran əleyhinə kampaniyanı ümidsiz şəkildə qorumağa çalışır”. Ridel əlavə edib ki, "eybəcər rejimləri qara örtüklə gizləmək cəhdləri artıq mümkün deyil”.

Tramp administrasiyası ABŞ-Səudiyyə əlaqələrində pozuntuya gətirib çıxaran Xaşuqci iddiasından yarana biləcək fəlakətlə bərabər, Konqresin təzyiqinə məruz qalır.