Gündəm / Dünya

Suriyada 100-dən çox adamın ölümünə səbəb olan partlayışları İŞİD törədib

Bu gün Suriyada baş vermiş ardıcıl partlayışlarla bağlı məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Trend-in məlumatına görə, ilk partlayış Əs-Suveydə şəhərində bazarın ərazisində terrorçu-intiharçı tərəfindən törədilib.

 

Bir qədər sonra Əl-Musallah şəhərində də güclü partlayış baş verib.

Son məlumata görə, hər iki partlayışda ölənlərin sayı 100 nəfəri keçib. Onlarla yaralı olduğu bildirilir.