Gündəm / Sosial

Azərbaycanda İİV-lə yaşayan və İİV-dən vəfat edən şəxslərin sayı açıqlanıb

Bu il İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişib

Azərbaycanda İİV infeksiyası infeksiyası aşkar olunmuş və indiyədək yaşayan şəxslərin sayı açıqlanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır.

 

Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.

 

 

Qeyd edək ki, bui din 6 ayı ərzində  İİV-ə yeni yoluxma halları 306 təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşlarında, 8-i (2,6%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.