Şou

“Vergimizi necə ödəyəcəyik?” - Aynişan SMS-lə icazədən gileyləndi

“Vergimizi necə ödəyəcəyik?” - Aynişan SMS-lə icazədən gileyləndi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva çölə çıxmaq üçün rəsmi icazə verilməməsindən gileylənib.

Kanal14.az bildirir ki, sosial şəbəkə hesabında bu barədə yazan Aynişan evdən çıxa bilmədiyi üçün vergini necə ödəyəcəyini düşündüyünü yazıb:

"Onsuz da restoran, mağazalar bağlıdır. SMS icazə nəyə gərək? Mən niyə işlərimi görə bilmirəm? Hər çəkdiyim reklam xarakterli paylaşımıma görə vergi verirəm və bizim işimiz pandemiya dövründə çalışa bilir. Bəs niyə yararsız hesab edilir? Amma vergi ödəmələri gecikmir. Bəs onda necə edək? Niyə rəsmi icazə almağa bizim hüququmuz yoxdur?

İnanmıram ki, kimsə əyləncə olsun deyə şəhərə çıxır. Hər kəs məcburiyyətdən çıxır, həmçinin mən də. Sözüm odur ki, çalışmağa icazə vermirsinizsə, vergimizi necə verəcəyik?”

(Yenisabah.az)
“Vergimizi necə ödəyəcəyik?” - Aynişan SMS-lə icazədən gileyləndi