Şou

"Yataqdan qalxa bilməyən anam üçün oruc tutdum..." - Aynişan

Son günlər sosial şəbəkələrdə daha çox diqqət çəkən Aynişanın sözləri marağa səbəb olub.Kanal14.az BiG.AZ-a istinadən xəbər verir ki, Aynişan instaqram hesabında izləyicilərinin suallarını cavablandırıb. Aynişanın ona oruc tutmağı ilə bağlı suallar yazan izləyicilərinə verdiyi cavabı marağa səbəb olub. Belə ki, o, bildirib ki, ilk dəfə anası əməkdar artist Aybəniz Haşımovanın sağlamlığı üçün oruc tutub: "Oruc tutmaqla bağlı çox suallar gəldi. Bəli, oruc tutmuram. Çünki artıq bir neçə ildir ki, gündəlik qəbul etdiyim dərmanlar var. Amma bu ay mənim ən sevdiyim aydır. İlk dəfə 8 yaşımda oruc tutmuşam və Allahdan anamın tezliklə sağalmasını istəmişdim. İllərnən yataqdan qalxa bilməyən anam sağaldı. Bu diləyimin həyata keçməsinə görə ondan sonrakı illər sadəcə Allah yolunda tutdum, heç nə diləmədim".