Gündəm / Sosial

Bu həftə 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verilə bilərmi? - AÇIQLAMA

Bu həftə 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verilə bilərmi? - AÇIQLAMA

 
Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejiminə görə 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə yoxdur. Bu həftə karantin rejimi yumşaldılsa, 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verilə bilərmi?

Kanal14.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, bir çox ölkələrdə kimi Azərbaycanda da son iki gündə koronavirusa yoluxanların sayı artıb: "Çox təssüf ki, iki gün ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı çox artıb. Əvvəl gün ərzində koronavirusa yoluxanlar 25-30 olurdusa, son günlər bu say 143- ya kimi yüksəldi. Bilirsiniz ki, biz karantin rejiminin yumşaldılmasına getmişik. Operativ Qərargahın birifinqində də bildirildiyi kimi, əgər bu artım dinamikası davam etsə, nəinki karantin rejim yumşaldılmayacaq, əksinə, sərtləşdirilə bilər. Buna görə görə hesab etmirəm ki, 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə veriləcək. Çünki bu insanlar risk qrupuna daxildir. Əgər bu artama dinamikası bir neçə gün ərzində davam etsə, əlbəttə 65 yaşlı insanların çölə çıxılmasına icazə verilməyək. Nəinki 65 yaşdan yuxarı insanlar, hətta digər insanlar üçün də karantin rejimi yenidən sərtləşdirilə bilər. Ona görə də insanlarımız vəziyyətin ciddiliyini qəbul etməlidir. Əgər biz normal həyatımıza geri qayıtmaq istəyiriksə, bu məsələdə məsuliyyətli olmalıyıq. Qoyulan qaydalara əməl etməli, sosial məsafəni qorumalı, maska və əlcəklərdən istifadə etməliyik. Biz bu yolla ölkə ərazisində koronavirusa yoluxanların sayının artmasının qarşısını ala bilərik. Yoluxma dinamikası azaldıqdan sonra Operativ Qərargah 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verə bilər. Hazır ki, dinamika ilə hələlik 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verilməsi real görünmür".