Hadisə

Bakı Metropoliteninin əməkdaşı iş başında ölüb

Bakı Metropoliteninin əməkdaşı iş başında ölüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

 

Belə ki, mühəndis 1957-ci il təvəllüdlü Vaqif Mikayılov ötən gün işdən çıxıb evə gedərkən dünyasını dəyişib.

Məlumata görə, Bakı Metropoliteni QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin mühəndisi olan V.Mikayılov ürəktutmasından vəfat edib.