Hadisə

Yevlaxda azyaşlını avtomobil vurub öldürdü

Yevlaxda azyaşlı qəzanın qurbanı olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən   verilən məlumata görə, sentyabrın 6-da saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev "Volkswagen” markalı avtomobili idarə edərək evinin həyətində nəvəsi – 3 yaşlı Ramiz Əlizadəni vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.