Hadisə

Füzulidə piyada yol qəzasının qurbanı olub

Daha bir piyada yol qəzasının qurbanı olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, sentyabrın 2-də saat 20 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində kənd sakini Sahib Niftəliyev idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən Mahmudlu kənd sakini Nüsrət Ağayevi vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 3-də orada ölüb.