Hadisə

Şabranda piyadanı vurub öldürən maşının sürücüsü axtarılır

Şabran rayonunun Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 8-də saat 03 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qorğan kənd sakini Rauf Hacıyev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.