Hadisə

Gəncədə piyadanı maşın vurub öldürdü

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Əfqan Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Sahilə Baxşıyevanı vurub.

 

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.