Hadisə

Bakıda velosiped sürən qadını maşın vurub

Sabunçu rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,  DİN-dən  verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini Nəriman Abbasov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Vüsalə Yusifzadəni vurub.

 

Xəstəxanaya yerləşdirilmiş V.Yusifzadə orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.