Hadisə

DİN Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,  DİN-dən   verilən məlumata görə, avqustun 3-də saat 2 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi "KİA” markalı avtomobili aşırıb. Nəticədə 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Vüsal İsifov orada ölüb.

 

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.