Hadisə

Novxanıda avtomobil piyadanı vurub öldürüb

Novxanıda avtomobil piyadanı vurub öldürüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, sentyabrın 2-də saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 4-də orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.