Hadisə

İki evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Masallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılmışdır.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evlərin birindən 300 manat, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.