Hadisə

Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5 min ABŞ dolları, 90 min Pakistan rupisi və 10 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qurban Məhərrəmov saxlanılıb.

 

Q.Məhərrəmov əvvəllər məhkum olunub.