Hadisə

Bakıda orta məktəbdən kompüter oğurlayan şəxslər tutulub

Bakının Nərimanov rayonunda orta məktəbdən kompüter oğurlayan şəxslər tutulub.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB və Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.