Hadisə

Bakıda evdən 7 min manat və 6 min dollar pul oğurlayan keçmiş məhkum tutulub

Bakıda evdən 7 min manat və 6 min dollar pul oğurlayan keçmiş məhkum tutulub.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən  verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanov saxlanılıb.