Gündəm / Hadisə

Sumqayıtda quş oğrusu tutulub

Sumqayıtda quş oğrusu tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Tağıyev saxlanılıb.

 

O, fevralın 2-dən iyulun 6-dək olan müddətdə şəhər ərazisindəki altı həyətdən, bir mağazadan məişət əşyaları, inşaat materialları, tütün məmulatı, 15 göyərçin və 8 ev quşu, habelə iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinir.