Gündəm / Cəmiyyət

Nabranda FACİƏ: bir ailənin 4 üzvü dənizdə batdı - ADLAR - YENİLƏNİB

18:37

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

----------

17:43

 

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq dənizdən çıxarılıb.