Hadisə

Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb

Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 

İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.

Kanal14.az-ın məlumatına görə, bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.

Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.

Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb./Trend