Hadisə

İranda ağır qəza: 8 ölü, 18 yaralı (VİDEO)

İranda ağır qəza: 8 ölü, 18 yaralı (VİDEO)
 
 
 
 
 
 
 

 
 
 

İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub.

Kanal14.az-ın məlumatına görə, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib.

Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb.

Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.

 

Kərimi hadisənin yük maşının qarşı yola çıxması nəticəsində baş verdiyini deyib./Trend