Hadisə

Azərbaycandan Moskvaya gedən avtobus qəzaya düşdü: ölənlər var — VİDEO

http://olke.az/uploads/1551850808/qes.jpg
 
Azərbaycandan Moskvaya doğru hərəkətən edən mikroavtobus qəzaya düşüb.

Hadisə səhər saatlarında Qafqaz magistralının 252-ci kilometrliyində qeydə alınıb. Nevinnomısk rayonunda baş verən qəza nəticəsində 6 nəfər həlak olub.

Qəzaya "Mercedes Vito” və "QAZ 66” yük maşınının toqquşması səbəb olub. Yük maşını qarşı zolağa çıxaraq "Vito” ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər də xəsarət alıb. Yaralıların vəziyyəti ağırdır və onları yaxınlıqdakı xəstəxanalara yerləşdiriblər. Məlum olub ki, qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır. Mikroavtobusda ümumilikdə 8 nəfər olub.

 

Qəza ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.