Dünya

İsveçdə dəhşətli qəza — 6 ölü, 1 yaralı var

http://olke.az/uploads/1547357476/fgnjgfhjj.jpg
 
 
İsveçin şimalında Kiruna şəhəri ətrafında mikroavtobusla yük maşını toqquşub.

Qəza nəticəsində 6 altı nəfər ölüb, bir nəfər isə helikopter ilə xəstəxanaya çatdırılıb. Ölənlərin hamısı xarici ölkədən gəlib və 1990-cı il təvəllüddürlər.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Qohumlara ölənlər barədə məlumat verilib. Ölənlərin şəxsiyyəti İnterpol standartlarına uyğun olaraq müəyyənləşdirilir.