Hadisə / Dünya

SON DƏQİQƏ! Hindistanda MiQ-27 qırıcısı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-27 qırıcısı qəzaya uğrayıb. kanal14.az Trend-ə istinadən xəbər verir ki,  qəza barədə xəbəri Hindistan Müdafiə Nazirliyi təsdiqləyib.

Məlumata görə, qəza ölkənin şimalında Racastan ştatında Codhpur şəhəri yaxınlığında baş verib.

 

Polkovnik Sombit Qoş qəza ilə bağlı qeyd edib ki, qırıcı plan uçuşu keçirirmiş: "Pilot xəsarət almayıb. Qəzanın başvermə səbəbi məlum deyil. Qəzanın səbəbləri araşdırılacaq".