Dünya

Hindistanda ağır yol qəzası: 7 ölü, 50 yaralı

Hindistanın cənubunda, Tamilnad ştatının Salem şəhərində avtobus yük maşını və digər avtobusla toqquşub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Yaralılar xəsatəxanalara çatdırılıb.

Bir müddət əvvəl Hindistanda məktəbliləri aparan avtobusun aşması nəticəsində azı 28 uşaq xəsarət almışdı.