Dünya

Pakistanda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşdu

Pakistanın şimalındakı Peşəvər şəhərində məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 24 uşaq xəsarət alıb.

 

Onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 2 uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.