Dünya

Hindistanda musson yağışlar 774 nəfəri öldürüb

Hindistanda yağışlar mövsümü başlayandan 774 nəfər həyatını itirib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, daha çox qurban və dağıntılar Kerala ştatında qeyd alınıb. Burada 187 nəfər həyatını itirib.

 

Eləcə də Uttar-Pradeş, Qudcarat, Assam və Naqalend ştatlarında ölənlər və xəsarət alanlar olub.

Ümumilikdə daha 30 nəfər itkin düşmüş hesab edilir.