Hadisə / Dünya

Türkiyədə rus turistləri aparan avtobus aşıb

Türkiyənin Antalya vilayətində rusiyalı turistləri aparan avtobus aşıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

 

Avtobusda Rusiyadan 26 turistin olduğu bildirilir.

Təfərrüatlar barədə məlumat verilmir.