Əfqanıstanda dövlət başçısı çıxış edən zaman Prezident iqamətgahına raket atılıb
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.
kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Tolo news" telekanalına istinadən məlumat verir.
Hücum yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:30) qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.
Təfərrüatlar və xəsarət alanlar barədə hələ məlumat verilmir.