Dünya

Bişkekdə etiraz aksiyası var - Qırğızların tələbi nədir?


 

Qırğızıstanın paytaxtı Bişkekdə sakinlər şəhər meriyasının qarşısında etiraz aksiyası keçirir. kanal14.az Trend-ə istinadən xəbər verir ki, onların etirazına səbəb şəhərin meri postuna tək namizədin irəli sürülməsdir.

Bu vəzifəyə isə tikinti biznesində ad qazanmış sahibkar Əziz Surakmatovun namizədliyi irəli sürülüb. O, daha öncə Qırğızıstan Parlamentinin deputatı da olub.

 

Əsasən gənclər və qadınlardan ibarət etirazçılar şəhərin icra hakimiyyəti başçısı postuna alternativ seçki keçirilməsini və bu səsvermədə paytaxt sakinlərinin də iştirakını tələb edirlər.