Gündəm

Sumqayıtda yük maşını qəza törətdi: 1 ölü, 3 yaralı

Sumqayıtda yük maşını qəza törətdi: 1 ölü, 3 yaralı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. 
DogruXeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

 
Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğrayıb.