İranda silahlı insident - Polis öldü
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib.
Kanal14.az-ın məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.
M.Qolməhəmmədinin sözlərinə görə, silahlı insident nəticəsində polis zabiti həlak olub, daha 3 polis yaralanıb.
Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.
Prokuror onların yaxalanması üçün axtarışların davam etdiyini deyib./Trend