Hadisə

Həftəsonu yol qəzalarında 11 nəfər həlak olub

Həftəsonu yol qəzalarında 11 nəfər həlak olub
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Daxili İşlər Nazirliyi sentyabr ayının 7-dən 9-dək daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Kanal14.az-a daxil olan məlumata görə, iki gün ərzində törədilmiş 40 cinayətin üstü "isti izlər”lə açılıb. 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb./Qafqazinfo