Hadisə

Bakıda səfirliyin avtomobili qəzaya düşdü - Yaralılar var

Bakıda səfirliyin avtomobili qəzaya düşdü - Yaralılar var
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

Hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

 

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı "Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi "Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

 

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

 

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbayncandakı səfirliyinə məxsus xidməti avtomobildir. (Report)