Hadisə

Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi

Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakıda səfirlik əməkdaşı qəza törədib.

Kanal14.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Tbilisi prospekti 1 saylı ünvanın qarşısında baş verib.

Rusiya vətəndaşı, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı 1991-ci il təvəllüdlü Vuyan Aleksandr Aleksandroviç idarə etdiyi, səfirliyə məxsus "Nİssan Primera" markalı AZ 004 D 032 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat Rüstəm oğlunun idarə etdiyi "Saipa" markalı 50 DK 326 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır./Trend