Hadisə

Xaçmazda avtomobil qəzası — Dörd yaralı (SİYAHI)

http://olke.az/uploads/1553115071/yolqezasi.jpg

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Kanal14.az” Report-a istinadən xəbər verir ki, qəza Gəndob-Yalama yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəticədə 4 nəfər xəsarət alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər - Xaçmaz rayonu, Hacılar kənd sakini, 2003-cü il təvəllüdlü Bayramov Balamirzə Ağamirzə oğlu, Xaçmaz rayonu, İlxıçı Məmmədxanlı kənd sakinləri - 1971-ci il təvəllüdlü Kərimov Taleh Mirzəbəy oğlu, onun övladları 14 yaşlı Şahanə Kərimova və 13 yaşlı Nüşabə Kərimovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.