Hadisə

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

Avqustun 14-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Azər Həşimova məxsus "VAZ-2104” markalı avtomobil qaçırılıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Hacıbalayev avtomobili qaçırdıqdan sonra şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub və nəticədə xəstəxanaya yerləşdirilib.