Gündəm / Siyasət

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Noyabr ayına qədər sülh sazişinin imzalanması ideyası ilə razıyam".

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Ona görə də ictimai olan və danışıqlar platformalarındakı bütün razılaşdırılmış prinsiplər sülh sazişində qeyd edilməlidir. O prinsiplərin konturlarını çəkmək və imzalamaq lazımdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, bu irəliləyiş Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündə qeydə alınacaq", - Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayına qədər sülh müqaviləsinin imzalanmasını real hesab etmişdi.