Xaçmazda dəhşətli ailə faciəsi — Ata və 5 yaşlı oğul evdə yanaraq öldü
Xaçmaz rayonunda evdə baş verən yanğın zamanı iki nəfər ölüb.
"Kanal14.az” xəbər verir ki, hadisə Xaçmaz rayonunun Yalama kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın nəticəsində evdə olan 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunu və onun 5 yaşlı oğlu Qədirov Taleh Əjdər oğlu yanaraq dünyalarını dəyişiblər. Yanmış meyitlər hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.