Gəncədə avtomobil qəzası — Ölən var
Gəncə şəhərində ölümlə nəticələnən avtomobil qəzası olub.
"Kanal14.az” Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun yaxınlığında qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Elnay Əliyar oğlu Hacıyev ölüb. Qəza zamanı həmçinin onun həmyerlisi, 1988-ci il təvəllüdlü Ruslan Şahbaz oğlu İbrahimov da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.