Hadisə

Gəncədə piyadanı maşın vuraraq öldürüb

http://olke.az/uploads/1552332994/piyada.jpg
 
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Kanal14.az "Report”a istinadən məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.