Hadisə

Tovuzda 15 yaşlı piyadanı maşın vurub

http://olke.az/uploads/1547405845/piyada.jpg
Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Kanal14.az"Report”a istinadən xəbər verir ki, rayonun Düzqırıqlı kəndi ərazisində yolu keçmək istəyən 15 yaşlı Asim Bədəlovu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.