Gündəm

Gəncə-Bakı qatarında baş vermiş nasazlığın səbəbini açıqlandı - RƏSMİ

Gəncə-Bakı qatarında baş vermiş nasazlığın səbəbini açıqlandı - RƏSMİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Xəbər verdiyimiz kimi, axşam saatlarıında Gəncə-Bakı sürət qatarının hərəkəti Qaradağ rayonu ərazisində bir müddət dayanıb. 

 

Bu haqda ilk məlumat sosial şəbəkələrdə yayılıb. Bəzi facebook istifadəçiləri yazdıqları statusda qatarda elektrikin kəsildiyini bildirib, qapıların açılmaması səbəbindən sərnişinlərin evakuasiya olunmadığını, insanların havasızlıqdan boğulduqlarını vurğulayıblar.

 

Kanal14.az xəbər verir ki, Musavat.com xəbəri dəqiqləşdirmək və detalları öyrənmək üçün "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə əlaqə saxlayıb.

 

ADY Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradovun musavat.com-a verdiyi məlumata görə, nasazlığa səbəb "Azərenerji”nin yüksək gərginlikli xəttinin qırılması olub. Nəticədə qatar elektrik şəbəkəsindən ayrılıb. E.Muradov bildirib ki, problem qısa müddətdə həll olunub və hazırda qatar Bakı şəhərinə çatmaq üzrədir. Qatarın dayandığı müddətdə vaqonlarda havalandırma sistemi işləyib. Sərnişinlər arasında xəsarət alan, halı pisləşən olmayıb.