Hadisə

Bakı Metrosunda problem — "İçərişəhər"də qatarda nasazlıq

http://olke.az/uploads/1550120727/trhtgfrthrtghrf.jpg
 
Metroda qatarların hərəkətində problem yaranıb.

 "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub".