Gündəm

Güclü küləyə görə metronun bu stansiyasının çıxışı bağlandı

http://olke.az/uploads/1547788164/elmler.jpg
 
 
"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb.

"Kanal14.az" Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: "İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir".

 

B.Məmmədovin sözlərinə görə, proses nəzarətdədir: "Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur".