Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

İşdə məhəbbət macərası - DƏHŞƏT // VİDEO

İşdə məhəbbət macərası - DƏHŞƏT // VİDEO

İşdə məhəbbət macərası.

Yox, biz o, məşhur filmdən danışmırıq. Çox təəssüf və utanc hissi ilə ölkəmizdə, bir dövlət idarəsində, özü də məmur tərəfindən baş vermiş hadisədən - yaşanan macəradan bəhs edəcəyik.

"DogruXeber.az" xəbər verir ki, Şamaxı rayon Sabir qəsəbə sakini Zümrüd Atakişiyeva redaksiyamıza videomüraciət göndərərək, bir müddət əvvəl onu öz iş otağında zorla cinsi istismara məruz qoyan müdirindən şikayət edib.

Söhbət 19 saylı Şamaxı rayon yol idarəsinin müdiri Nazim Eynallıdan gedir.

Qeyd edək ki, Nazim Eynallının zaman-zaman qalmaqallı hadisələrlə medianın gündəmində olub. Şou-biznes nümayəndələrindən daha çox "gündəmə meyilli olan" müdir, yəqin uzun müddət aranın sakitləşdiyindən "narahat olub" daha bir "olay çıxarmağa qərar verdi".

Öz işçisini çay istəyib otağına çağıran Nazim Eynallı, bəlkə də "verdiyi zəhmətə minnət duyğusundan" ona bir "övlad hədiyyə etdi". Amma, bu "hədiyyə" Zümrüd Atakişiyevaya biraz baha başa gəldi.

Hər halda bütün bu qeyd etdiklərimiz xanımın özünün iddiasıdır.



Qeyd edək ki, Zümrüd Atakişiyevanın bu iddiası ilə bağlı qarşı tərəf olaraq Nazim Eynallıya zəng etdik. Lakin o, kim olduğumuzu eşidən kimi dəstəyi asdı və nömrəmizi blok etdi.

Yəqin, siz də razılaşırsınız ki, onun mətbuat nümayəndəsi ilə danışmaqdan qaçmağının özü də xanımın iddialarını bir növ təsdiq etmək olur.

P. S: "DogruXeber.az" olaraq, tərəfimizdən məsələ ilə bağlı aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA), Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Baş prokurorluğuna rəsmi müraciətlərimiz göndərilib.

Mövzunu davam etdirəcəyik.

DogruXeber.az