Gündəm / Cəmiyyət / Sosial

Bu halda qadının pensiyası avtomatik dayandırılacaq

Bu halda qadının pensiyası avtomatik dayandırılacaq
Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası avtomatik dayandırılacaq.

"Kanal14.az" xəbər verir ki, Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Qərara əsasən, qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının ölüm haqqında şəhadətnaməsinin surəti olduqda "Pensiya” altsistemi tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, indiyə qədər bu, ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmə qərarının surəti təqdim edildiyi hallara şamil olunub.